Mbappedən yeni rekord
22.08.2022 - 22:07

Kilian Mbappe yeni rekorda imza atıb.
Apasport.az saytının məlumatına görə, PSJ-nin hücumçusu XXI əsrdə Liqa1-də ən çox qol vuran futbolçu adına yiyələnib.
O, III turun “Lill”ə qarşı matçında (7:1) het-trik edib. Kilian bununla da qol sayını 139-a çatdırıb.
Mbappeyə qədər Liqa1-in XXI əsrdəki ən yaxşı bombardiri Edinson Kavani idi. Uruqvaylı 138 dəfə fərqlənib.
0
0