Messi məşqlərə başladı
21.03.2024 - 16:22

Ombasından aldığı zədə səbəbindən Argentina yığmasının qarşıdakı oyunlarını buraxacaq ulduz hücumçu Lionel Messi yenidən meydançada məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, "İnter Mayami"nin 36 yaşlı forvardı fizioterapevtin nəzarəti altında məşqlərə başlayıb.
Cari MLS mövsümündə argentinalı 3 oyun keçirib, bu oyunda 3 qol və 1 məhsuldar ötürmə edib.
Qeyd edək ki, Argentina millisi ABŞ-da 2 yoxlama oyunu keçirəcək. Hazırkı dünya çempionunun komandası martın 23-də Salvador ilə, martın 26-da isə Kosta-Rika ilə görüşəcək.
- "Sabah" Sekidika ilə bağlı qərarını verdi
- Cüdo üzrə Azərbaycan birinciliyi başlayır
- Elvin Məmmədov: "Vaxt gedir, kimlərsə əlini daşın altına qoymalıdır"
- Səyyad Dadaşov: “Hakimin səhvi ucbatından qızıl medal əldən çıxdı”
- Tennis Federasiyasından erməni təxribatı ilə bağlı beynəlxalq federasiyaya MƏKTUB
0
0