Messi yeni mükafat alıb
17.04.2024 - 12:33

"İnter Mayami"nin hücumçusu Lionel Messi MLS-də həftənin futbolçusu seçilib.
Apasport.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, MLS-in 8-ci turunda Xerardo Martinonun komandası “Sportinq Kanzas”la qarşılaşıb.
Məhsuldar keçən görüşdə "İnter Mayami" 3:2 hesablı qələbəsini bayram edib. Oyun zamanı Messi aktivinə 1 qol və 1 məhsuldar ötürmə yazdırıb.
Qeyd edək ki, 36 yaşlı argentinalı cari mövsüm MLS-də 5 oyun keçirib, 5 qol vurub və 2 məhsuldar ötürmə edib.
0
0