“Milan” “Çelsi” ilə danışıqlara başladı
23.05.2023 - 09:31

“Çelsi”nin futbolçusu Rubern Loftus-Çik karyerasını İtaliyada davam etdirməyə yaxındır.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Milan”a keçə bilər.
27 yaşlı ingiltərəlinin transferi ilə bağlı danışıqlar başlayıb. Futbolçunun özü də İtaliyada oynamaq arzusundadır.
Loftus-Çik cari mövsümdə 31 oyun keçirib. Onun hesabında 2 assist var.
Qeyd edək ki, Rubenin transfer dəyəri 25 milyon avro ilə dəyərləndirilir.
0
0