“Milan” İspaniya millisinin futbolçusunu transfer edib
19.07.2024 - 15:59

İtaliyanın “Milan” komandası İspaniya millisinin futbolçusu Alvaro Moratanı heyətinə cəlb edib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 31 yaşlı hücumçu ilə 4 illik müqavilə imzalayıb.
Alvaro Morata son olaraq İspaniyanın “Ateltiko” (Madrid) komandasında çıxış edib. O, daha əvvəl İtaliyada “Yuventus”un formasını geyinib.
0
0