
“Milan”ın baş məşqçisi postuna iddialılar arasında “Spartak”ın sabiq çalışdırıcısı Domeniko Tedesko da var.
Apasport.az xəbər verir ki, Stefano Pioli bu postu mövsümün sonunda boşaldacaq və "San Siro"ya artıq yeni sükançı lazım olacaq.
“Milan”ın baş məşqçisi vəzifəsinə üç namizəd arasında hazırda Belçika millisinə rəhbərlik edən Tedesko, Marselo Qalardo (“Əl-İttihad”) və Kristof Qaltye (“Əl-Duhail”) var. Klub həmçinin Serxio Konseysaonu (Porto), Marko Rouz ("Leypsiq") və Mark van Bommeli (Antverpen) yaxından izləyir.
Əksər milanlı azarkeşlərin komandanın sükanı arxasında görmək istədiyi Antonio Konte klub rəhbərliyi tərəfindən prioritet variantlardan biri kimi qəbul edilmir.
- “Qarabağ”ın Konfrans Liqasında 8 mümkün rəqibi bəlli oldu
- “Fənərbaxça” onunla ilkin razılıq əldə etdi
- “Zirə”nin legioneri: “Premyer Liqada bizdən stabil komanda yoxdur” - Müsahibə
- "Real" "Sevilya" qarşısında son anda qələbə qazandı
- Gürcüstan millisinin çalışdırıcısı: "1/8 finala yüksəlməyin mümkün olduğunu düşünmürdük"