
“Milan”ın sabiq kapitanı Alessio Romanyolinin yeni klubu müəyyənləşib.
Apasport.az saytının məlumatına görə, 27 yaşlı müdafiəçi karyerasını “Latsio”da davam etdirəcək.
İtaliya millisinin müdafiəçisi romalılarla müqavilənin şərtlərini razılaşdırıb. Romanyoli “Latsio” ilə 5 illik sözləşmə imzalayacaq. Müdafiəçinin illik maaşı 3 milyon avro təşkil edəcək. Bu, bonuslarla birlikdə 3,4 milyon avroya qədər yüksələ bilər. Futbolçu yaxın günlərdə yeni komandasında tibbi müayinədən keçəcək.
Qeyd edək ki, 2015-2022-ci illərdə “Milan”ın formasını geyinən Alessio Romanyoli ötən mövsüm meydana çıxdığı 26 oyunda 1 qol vurub, 1 məhsuldar ötürmə verib.