Millidə istefa
11.08.2022 - 09:17

Mərakeş milli komandasını baş məşqçisi Vahid Halilhodjiç istefaya göndərilib.
Apasport.az saytının məlumatına görə, 70 yaşlı bosniya və herseqovinalı ilə müqaviləyə xitam verilib.
O, 2019-cu ildən rəhbərlik etdiyi komandanı 30 matça çıxarıb. 20 qələbə və 7 heç-heçəsi olan Mərakeş 3 dəfə uduzub.
Qeyd edək ki, Halilhodjiç PSJ, “Nant”, “Trabzonspor”, Zaqreb “Dinamo”su, Əlcəzair, Yaponiya və Fil Dişi Sahili yığmaları kimi komandaları çalışdırıb.
0
0