"Monako" müdafiəçisini Niderland klubuna icarəyə verdi
31.01.2023 - 20:59

"Monako" müdafiəçi Artur Zaqreni "Ekselsior"a icarəyə verdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 21 yaşlı futbolçu Erediviziyada 14-cü yerdə olan Rotterdam klubu ilə mövsümün sonunadək icarə əsasında çıxış edəcək.
Qeyd edək ki, əvvəllər "Utrext"də çıxış etmiş Artur Zaqre bu mövsüm klubda 2 oyun keçirib.
0
0