Elçin Məmmədov "Fənərbaxça" - "Mançester Yunayted" matçına təyinat alıb
21.10.2024 - 12:27

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Apasport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının III turunda keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Mançester Yunayted” (İngiltərə) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma oktyabrın 24-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
0
0