Mourinyo daha əvvəl çalışdırdığı 3 ulduzla maraqlanır
03.06.2024 - 13:52

Super Liqa təmsilçilərindən “Fənərbaxça"nın Joze Mourinyo ilə müqavilə imzalamasından sonra bütün gözlər “sarı-göylülər”in edəcəyi transferlərə çevrilib.
Apasport.az "Express"ə istinadla xəbər verir ki, Mourinyonun daha əvvəl çalışdırdığı 3 futbolçu ilə maraqlandığı bildirilib.
Cesse Linqard, Sezar Aspilikueta, Nemanya Matiç portuqaliyalının komandasında görmək istədiyi adlardır.
Qeyd edək ki, Mourinyo İstanbul nəhəngi ilə 2+1 illik müqavilə imzalayıb.
0
0