Moyze Kin “Fulhem”in hədəfində
22.08.2023 - 15:34

“Yuventus”un futbolçusu Moyze Kin karyerasını İngiltərədə davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, hücumçu “Fulhem”in maraq dairəsindədir.
London təmsilçisi italiyalı forvardı transfer pəncərəsinin sonuna qədər heyətinə qatmaq niyyətindədir. Kin “Əl-Hilal”a keçən Aleksandr Mitroviçi əvəz etməlidir.
Qeyd edək ki, Moyze ötən mövsümün 39 matçında 8 qol vurub.
0
0