“Nant” baş məşqçisini göndərdi
09.05.2023 - 11:29

Fransanın “Nant” klubunun baş məşqçisi istefaya göndərilib.
Apasport.az saytı xəbər verir ki, 2021-ci ilin fevralından bu postu tutan Antuan Kombuare ilə yollar ayrılıb.
Klub rəhbərliyi 59 yaşlı mütəxəssisin zəif nəticəsi üçün belə addım atıb. “Nant” 11 oyundur Liqa 1-də qələbə qazana bilmir. Aşağı diviziona düşmək təhlükəsi yaşayan komanda 34 oyundan topladığı 32 xalla 17-ci sırada yer alır.
0
0