"Napoli" Çempionlar Liqasında hücumçusuz qaldı
11.04.2023 - 20:43

"Napoli" Çempionlar Liqasında "Milan"la oyun öncəsi 2 hücumçusuz qalıb.
Apasport.az xəbər verir ki, neapollular Çempionlar Liqasının 1/4 finalında Viktor Osimhen və Covanni Simeoneni oynada bilməyəcək.
Nigeriyalı bu gün fərdi proqram üzrə məşq edib, tibbi müayinə onun aprelin 12-də oynaya bilməyəcəyini göstərib. Komandanın bombardiri omba nahiyəsindən aldığı zədədən sağalmağa davam edəcək.
Bud nahiyəsində yaranan problemlər səbəbiylə isə Covanni Simeone oyunda iştirak etməyəcək.
0
0