"Napoli" "Fənərbaxça"dan əl çəkmir
09.10.2023 - 19:57

“Napoli” Super Liqadan 2 futbolçuya elçi düşüb.
Apasport.az xəbər verir ki, Neapol klubu Fərdi Kadıoğlu və Sebastian Şmanskini İtaliyaya aparmaq istəyir.
Daha öncə “sarı bülbül”lərdən Elif Elmas və Kim Min-Jaeni transfer edən italyanlar İstanbul klubu ilə danışıqlara hazırlaşır. Ancaq “Fənərbaxça”nın aparıcı futbolçuları sırasında yer alan hər iki oyunçunu satacağı inandırıcı görünmür.
Qeyd edək ki, bu mövsüm Kadıoğlu 12 matçda 1 qol və 1 assist, Şmanski isə 16 oyunda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0