Azərbaycan gimnastlarından qızıl medal - FOTO
16.04.2023 - 15:10

Ölkəmizdə keçirilən bədii gimnastika üzrə “AGF Trophy” beynəlxalq turnirinin üçüncü günündə Azərbaycan gimnastları qızıl medala layiq görülüblər.
Apasport.az-a verilən məlumata görə, Gövhər İbrahimova, Səkinəxanım İsmayılzadə, Mədinə Aslanova, İlahə Bahadırova, Ayan Sadıqova, Zəhra Cəfərovanın yer aldığı gənclərdən ibarət qrup komandamızın üzvləri 5 topla hərəkətlərin icrasında qızıl medal qazanıb.
Daha əvvəl gənclərdən ibarət qrup komandamız 5 iplə hərəkətlərin icrasında və çoxnövçülükdə gümüş medala layiq görülmüşdü.
0
0