Navas “Napoli”yə keçir
13.08.2022 - 10:18

Keylor Navas karyerasını İtaliyada davam etdirəcək.
Apasport.az saytının məlumatına görə, PSJ-nin qapıçısı “Napoli”yə keçməyə razılıq verib.
O, icarə əsasında A seriyasında oynayacaq. Bunun rəsmiləşməsi üçün klublar arasında danışıqların yekunlaşması qalıb. Parislilər qolkiperin maaşının bir hissəsini ödəməyə razılaşmalıdır.
Qeyd edək ki, Navasın Fransa klubu ilə müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
0
0