Poqbanın futbol həyatı təhlükədə
07.12.2023 - 19:32

“Yuventus”un yarımmüdafiəçisi Pol Poqba 4 il futboldan kənarlaşdırıla bilər.
Apasport.az xəbər verir ki, buna 30 yaşlı futbolçunun qadağan olunmuş maddələrdən istifadəsi səbəb olub.
Onun 4 illik futboldan uzaqlaşdırılması tələb olunur. Fransa millisi ilə dünya çempionu olan Poqbanın avqustun 20-də “Udineze” çempionat oyunundan sonra verdiyi test müsbət nəticələnib. B testi də yeni nəticələnən 30 yaşlı futbolçu cəzanın azaldılması üçün apelyasiya müraciəti edə bilər.
Qeyd edək ki, futbolçunun “Yuventus”la müqaviləsi 2026-cı ilin yayına qədərdir.
0
0