"Neftçi"dən ayrılan futbolçu Messinin şəhərinə transfer oldu
06.02.2025 - 15:34

"Neftçi"dən ayrılan Lukas Melanonun yeni komandası bəlli olub.
Apasport.az xəbər verir ki, argentinalı ABŞ-də oynayacaq.
O, aşağı liqa klubu olan “Mayami” ilə anlaşıb. ABŞ təmsilçisi Melanonun keçidini rəsmən açıqlayıb.
2023-cü ilin sentyabrında "Neftçi"yə transfer olunmuş Melano ötən il avqustun 29-da komandadan göndərilmişdi. Melano “Neftçi”nin heyətində 12 rəsmi oyun keçirmişdi.
Qeyd edək ki, dünya ulduzu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunda çıxış edir.
0
0