"Neftçi"nin növbəti sınağı
11.01.2024 - 12:40

Kişi voleybolçular arasında Azərbaycan çempionatı davam edir.
Apasport.az xəbər verir ki, bu gün çempionatın VIII turuna start veriləcək.
Turun ilk oyununda “Neftçi” MOİK-i qəbul edəcək. 2024-cü ilin ilk matçına saat 16:00-da start veriləcək.
Günün daha bir qarşılaşmasında isə voleybolsevərlər “Murov Az Terminal” - “Azərreyl” qarşılaşmasını izləyəcəklər. Gənclər və İdman Nazirliyinin voleybol mərkəzində baş tutacaq görüş saat 18:00-da başlayacaq.
0
0