
“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo “Gulfstream G200” təyyarəsini satışa çıxarıb.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı forvard bu satışdan 20 milyon funt sterlinq qazanmağı hədəfləyib.
Superulduz 2015-ci ildə aldığı təyyarədən Portuqaliyaya müntəzəm uçuşlar üçün istifadə edir. O, sevgilisi Corcina Rodriges və uşaqları ilə birlikdə tətil üçün tez-tez vətənə yollanırdı. Təyyarəyə 8-10 nəfərlik sərnişin yerləşsə də, Ronaldo daha böyük model axtarır.
Qeyd edək ki, 2011-ci ildə cəmi 250 ədədi istehsal edilən “Gulfstream G200” təyyarəsinin maksimal sürəti 900 km/saatdır.