Nesta istefaya göndərildi
23.12.2024 - 19:30

İtaliya A Seriyasında ayrılıq baş verib.
Apasport.az xəbər verir ki, "Montsa" baş məşqçi Alessandro Nesta ilə yollarını ayırıb.
Bunu klubun mətbuat xidməti açıqlayıb.
Buna səbəb komandanın uğursuz çıxışı olub. "Montsa" son 4 matçın hamısında məğlubiyyətə üzülüb.
Qeyd edək ki, 17 turdan sonra 10 xal toplayan komanda sonuncu pillədə qərarlaşıb.
0
0