
Neymar karyerasını İngiltərədə davam etdirməyi planlaşdırır.
Apasport.az saytı xəbər verir ki, PSJ-nin 31 yaşlı forvardı yayda “Mançester Yunayted”ə keçmək niyyətindədir.
Braziliya millisinin kapitanının nümayəndələri yaxın vaxtlarda ingilislərlə danışığa başlayacaq.
Paris təmsilçisi ilə 2025-ci ilə qədər müqaviləsi olan Neymarın gələcək karyerası ilə bağlı qeyri-müəyyənliyin davam etdiyi və fransızların yaxşı təklif qarşısında futbolçunu satacağı gözlənilir.
Qeyd edək ki, 2017-ci ildə “Barselona”dan 220 milyon avro qarşılığında PSJ-yə keçən Neymar 29 matçda 18 qol və 17 ötürmə ilə yadda qalıb.