Nagelsmannla neçə illik müqavilə imzalana bilər?
16.04.2024 - 19:22

Yulian Nagelsmann "Bavariya"ya qayıda bilər.
Apasport.az xəbər verir ki, hazırda mütəxəssisin komandaya yeni baş məşqçi təyin olunması ilə bağlı ilkin danışıqlar aparılır. 3 və ya 4 illik müqavilənin imzalanması variantları nəzərdən keçirilir. Tərəflər arasında yekun razılaşma yoxdur.
Qeyd edək ki, Münhen klubunun qısa siyahısında “Brayton”dan Roberto De Zerbi və “Aston Villa”dan Unai Emeri də var.
0
0