O da Səudiyyə Ərəbistanına gedir
10.06.2023 - 16:34

Daha bir portuqaliyalı futbolçu Səudiyyə Ərəbistanına gedir.
Apasport.az saytı xəbər verir ki, yarımada klubları Joao Moutinyonun xidmətində maraqlıdır.
İyunun 3-də 36 yaşlı yarımmüdafiəçinin İngiltərə “Vulverhempton”u ilə müqaviləsi başa çatır. Bu fürsətdən yararlanmağa çalışan ərəb klubları da futbolçu ilə danışıqlara başlayıblar.
Qeyd edək ki, 2018-ci ildən “Vuverhemton”da oynayan Moutinyo 212 matçda iştirak edərək 5 qol və 22 assistlə yadda qalıb.
0
0