"Old Trafford"da etiraz aksiyası
16.10.2023 - 16:29

"Mançester Yunayted" rəhbərliyi azərkeş etirazlarına görə "Old Trafford"da təhlükəsizliyi sərtləşdirib.
Apasport.az-ın xəbərinə görə, bu barədə klub rəhbərliyi İngiltərə Polis İdarəsini məlumatlandırıb. Məlumata görə, Mançester təmsilçisinin azarkeşləri oktyabrın 24-də Çempionlar Liqası çərçivəsində keçiriləcək "Kopenhagen"lə, oktyabrın 29-da isə Premyer Liqada baş tutacaq "Mançester Siti" ilə görüş zamanı etiraz aksiyası planlaşdırırlar.
Qeyd edək ki, tərəfdarlar klubun sahibi olan Qleyzerlərin klubu idarə etməyə davam etmələrindən narazıdı.
0
0