“Parma” baş məşqçisi ilə vidalaşdı
18.05.2022 - 15:13

İtaliya çempionatında növbəti baş məşqçi istefası gerçəkləşib.
Apasport.az saytının məlumatına görə, “Parma” klubu baş məşqçisi Cüzeppe Yakini ilə yollarını ayırıb.
58 yaşlı mütəxəssislə 2023-cü ilin yayınadək olan müqaviləyə vaxtından əvvəl xitam verilib. Buna heyətində Canluici Buffonun şərəfini qoruduğu komandanın B seriyasında 12-ci yeri tutması səbəb olub.
Qeyd edək ki, “Parma”nın baş məşqçi postuna Fabio Kannavaronun gətiriləcəyi gözlənilir.
0
0