
Yoldaşlıq oyunları çərçivəsində keçirilməli olan İraq – Kosta-Rika matçı ləğv edilib.
Apasport.az saytının məlumatına görə, buna qonaqların Asiya ölkəsinə getməkdən son anda imtina etməsi səbəb olub.
Bu, iraqlıların ilkin razılaşmaya əməl etməməsi ilə bağlıdır. Kosta-Rika səfərdə oynamaq üçün futbolçuların pasportlarına Asiya ölkəsində möhür vurulmaması şərtini irəli sürüb.
Öncə bununla razılaşan iraqlılar sonda fikrindən daşınıb. Kosta-Rika tərəfi pasportlarda İraq möhürü olmağın sonradan mənfi təsir edəcəyindən ehtiyatlanır. Bu səbəbdən də bugünkü qarşılaşma ləğv olunub.
Qeyd edək ki, Kosta-Rika DÇ-2022-də Almaniya, Yaponiya və İspaniya ilə eyni qrupda mübarizə aparacaq.