Paytaxt klubunda müqavilə
16.06.2023 - 16:31

“Roma” daha bir futbolçusu ilə müqaviləni uzadıb.
Apasport.az saytının məlumatına görə, bunu İtaliya klubunun mətbuat xidməti açıqlayıb.
“Canavarlar” Kris Smollinqlə anlaşmanı uzadıb. İngiltərəli müdafiəçi 2025-ci ilin yayına qədər paytaxt təmsilçisinin formasını geyinəcək.
Qeyd edək ki, Smollinq 2020-ci ildən “Roma”da çıxış edir.
0
0