Pioliyə ikinci qızıl medal veriləcək - SƏBƏB
23.05.2022 - 18:00

“Milan”ın baş məşqçisi Stefano Pioliyə yeni medal veriləcək.
Apasport.az saytının məlumatına görə, bu barədə qərarı İtaliya A seriyası verib.
Qurum rəhbərliyi çempionluğun mükafatlandırılması zamanı qızıl medalı oğurlanan mütəxəssisin itkisini kompensasiya edəcək. Pioliyə yenidən qızıl medal veriləcək.
Qeyd edək ki, “Milan” 11 ildən sonra İtaliya çempionu olub.
0
0