Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayırıb
16.12.2024 - 14:56

İngiltərənin “Sauthempton” klubunda baş məşqçi Rassel Martin ilə yollar ayrılıb.
Apasport.az xəbər veri ki, bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Martin “Tottenhem”ə 0:5 hesablı məğlubiyyətdən sonra istefaya göndərilib.
38 yaşlı mütəxəssis 2023/24 mövsümünün iyul ayından komandanı çalışdırırdı.
“Sauthempton” çempionatda 16 turdan sonra 5 xalla 20 komanda arasında sonuncudur.
0
0