Premyer Liqa klubunda yeni müqavilə
20.10.2023 - 17:44

Yaponiyalı futbolçu Kaoru Mitoma 2027-ci ilə qədər “Brayton”da çıxış edəcək.
Apasport.az xəbər verir ki, vinqer İngiltərə təmsilçisi ilə yeni müqavilə imzalayıb.
Mitomanın klubla sözləşməsinin müddəti 2027-ci ilə qədər artırılıb. Klubun baş məşqçisi Roberto de Dzerbi bununla bağlı fikirlərini açıqlayıb və asiyalıdan razı olduğunu bildirib: “Çox möhtəşəm xəbərdir. Kaoru bizim ən yaxşı oyunçumuzdur”.
Qeyd edək ki, Mitoma 2022-ci ilin avqustunda "Brayton"da debüt edib. O, klubda forma geyindiyi 52 matçda 13 qol və 12 assist edib.
0
0