PSJ Almaniyadan futbolçu transfer etdi
02.09.2023 - 11:15

PSJ daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, Liqa 1 təmsilçisi Frankfurt "Ayntraxt"ından Randal Kolo Muanini heyətə qatıb.
Fransa millisinin də heyətinə cəlb olunan 24 yaşlı hücumçu Paris təmsilçisi ilə 5 illik müqaviləyə qol çəkib. Forvard yeni komandasında 23 nömrə altında çıxış edəcək. PSJ bu keçidə görə almanlara 95 milyon avro ödəyəcək.
Qeyd edək ki, bu mövsüm 4 matçda iştirak edən Muani 3 qolla yadda qalıb.
0
0