"PSJ"-nin futbolçusu "Beşiktaş" yolunda
10.08.2024 - 20:18

Yarımmüdafiə xəttini gücləndirməyə çalışan "Beşiktaş" "PSJ"-nin üzvünü heyətinə qatmağa yaxındır.
Apasport.az xəbər verir ki, "ağ-qaralar" italiyalı Şer Ndoru rənglərinə bağlamağa hazırlaşır.
20 yaşlı futbolçu 2022-2024-cü illər mövsümünü icarə əsasında "Braqa"da keçirib.
Qeyd edək ki, ötən sezon ümumilikdə 15 matça çıxan Şer Ndor 399 dəqiqə meydanda olub, 2 qola imza atıb.
0
0