PSJ onun keçidini rəsmiləşdirdi
07.07.2023 - 17:14

PSJ daha bir futbolçunun keçidini rəsmiləşdirib.
Apasport.az saytı xəbər verir ki, Fransa klubu Portuqaliya “Sportinq”indən yarımmüdafiəçi Manuel Uqarte ilə müqavilə imzaladığını açıqlayıb.
22 yaşlı uruqvaylı Liqa 1 təmsilçisi ilə 2028-ci ilin yayına qədər müqavilə imzalayıb. Uqartenin keçidi parislilərə 60 milyon avroya başa gəlib.
Qeyd edək ki, karyerası ərzində 163 oyunda iştirak edən futbolçu 4 qolla yadda qalıb.
0
0