“Qalatasaray” Batşuayi transferini açıqladı - RƏSMİ
01.07.2024 - 20:10

Son 2 mövsümün Super Liqa çempionu olan "Qalatasaray" "Fənərbaxça"dan ayrılan Mişi Batşuayini transfer etdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, klub bu barədə rəsmi bəyanat yayıb:
“Peşəkar futbolçu Mişi Batşuayi-Atunqanın 3 mövsümlük transferi üçün razılıq əldə olunub.
Müqaviləyə əsasən, futbolçuya 2024-2025 mövsümü üçün 1.500.000 avro, 2025-2026 mövsümü üçün 1.000.000 avro, 2026-2027 mövsümü üçün 500.000 avro və xalis 3.000.000 avro məbləğində imza haqqı ödəniləcək".
0
0