"Qalatasaray" Türkiyə Kubokundan çıxarıldı
05.04.2023 - 23:39

"Qalatasaray" cari mövsüm Türkiyə Kubokunda çıxışını başa vurub.
Apasport.az xəbər verir ki, CimBom öz meydanında "Başakşehir"ə 2:3 hesabı ilə uduzub.
Qeyd edək ki, dünən "Trabzonspor" da "Ankaragücü"yə 1:3 uduzaraq mübarizəni dayandırmışdı. "Başakşehir"lə "Ankaragücü" yarımfinalda bir-birinə rəqib olub. 1/4 finalın digər görüşündə sabah "Fənərbağça" "Kayserispor"u qəbul edəcək. Bu görüşün qalibi "Sivasspor"un rəqibi olacaq.
0
0