
"Qalatasaray" UEFA Avropa Liqası üçün heyətinə daxil edəcəyi adları müəyyənləşdirib.
Apasport.az xəbər verir ki "sarı-qırmızılılar" yeni transferlərdən ikisini yenilənmiş heyətə daxil edib.
Mövsümün əvvəlində "Qalatasaray"a transfer olunan, lakin Avropa Liqasının əsas mərhələsində heyətə düşə bilməyən Roland Sallai yeni siyahıda yer alıb.
"Sarı-qırmızılılar"ın siyahıya əlavə etdiyi digər adlar isə qış transfer pəncərəsində komandaya qoşulan Alvaro Morata və Karlos Kuestadır.
Qeyd edək ki, "Qalatasaray" UEFA Avropa Liqasının pley-off mərhələsində Hollandiyanın "AZ Alkmaar" komandası ilə qarşılaşacaq.