“Qarabağ”ın sabiq qapıçısı Premyer Liqa klubunda
23.08.2024 - 15:18

“Qarabağ”ın sabiq qapıçısı Asmir Beqoviç karyerasını İngiltərədə davam etdirəcək.
Apasport.az xəbər verir ki, 37 yaşlı qolkiper “Everton”la razılaşıb. Bu barədə Mersisayd təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Bosniyalı qolkiperlə 1 illik müqavilə imzalanacaq.
Son klubu QPR olan Asmir 2019-cu ilin sentyabrından dekabrına kimi “Qarabağ”ın formasını geyinib.
0
0