Qreq Berxalter ABŞ millisindən qovuldu
11.07.2024 - 13:40

ABŞ millisinin baş məşqçisi Qreq Berxalter istefaya göndərilib.
Apasport.az xəbər verir ki, baş məşqçinin qovulmasının səbəbi Kopa Amerikadakı uğursuzluq olub.
Turnirə ev sahibliyi edən ABŞ qrup mərhələsində 3-cü yeri tutaraq mübarizədən kənarda qalıb. Yığma C qrupunda Uruqvay, Panama və Boliviya ilə mübarizə aparıb. Bu oyunlardan ikisində məğlub olub, birində isə qələbə qazanıb.
Qeyd edək ki, Berxalter 2018-2022-ci illər aralığında çalışdırdığı ABŞ millisindən haqqında başladılan araşdırma səbəbilə 6 aylıq uzaqlaşdırılmış, 2023-cü ildə geri qayıtmışdı.
0
0