Rafinyaya əvəzləyici tapıldı
23.06.2022 - 22:44

“Lids” futbolçusu Rafinyaya əvəzləyici tapıb.
Apasport.az saytının məlumatına görə, “Barselona”ya keçəcəyi gözlənilən braziliyalını Kodi Qakpo əvəzləməlidir.
İngiltərə klubu hazırda PSV-də forma geyinən hücumçunun keçidini həll etməyə çalışır. Forvardın transferi yaxın günlərdə rəsmiləşməlidir.
Qeyd edək ki, Qakpo ötən mövsümün 46 oyununda 21 qol və 15 assistə imza atıb.
0
0