Rakitiç də ərəbləri seçdi
29.01.2024 - 12:46

Daha bir futbolçu Səudiyyə Ərəbistanının yolunu tutub.
Apasport.az xəbər verir ki, "Sevilya"nın yarımmüdafiəçisi İvan Rakitiç “Əl-Şabab”la müqavilə imzalamaq üçün Ərəbistan yarımadasına gedib.
35 yaşlı xorvatiyalı İspaniya klubu ilə 2024-cü ilin yayına qədər qüvvədə olan razılaşmasını vaxtından əvvəl ləğv edib. Rakitiç artıq yeni komandası üçün tibbi müayinədən keçib. Müqavilə 2025-ci ilin iyun ayına kimi nəzərdə tutulub.
Qeyd edək ki, bu mövsüm "Sevilya"nın heyətində 27 matça çıxan Rakitiç 2 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
0
0