Ramos ərəblərlə danışıqlara başladı
29.08.2023 - 10:01

Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, 37 yaşlı ispaniyalı müdafiəçi “Əl-İttihad”la danışıqlara başlayıb.
Tərəflər müqavilənin müddətində razılaşa bilmir. Ərəblər 2 illik müqavilə təklif edib. Ramos isə 3 illik anlaşma istəyir.
Qeyd edək ki, bu yay PSJ ilə müqaviləsi başa çatan Ramos azad agent statusuna malikdir.
0
0