
“Bayer”in cinah oyunçusu Ceremi Frimponq mövsümün sonunda İspaniya çempionatına keçə bilər.
Apasport.az “Todofichajes” nəşrinə istinadən xəbər verir ki, “Real Madrid” oyunçunu transfer etməkdə maraqlıdır.
Madrid klubu ispaniyalı futbolçu Dani Karvaxalı Frimponqla əvəzləməyi düşünür. Cereminin transferi yayda tamamlana bilər.
23 yaşlı hollandiyalının “Bayer”lə müqaviləsi 2028-ci ilin yayında başa çatacaq. “Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Frimponq Bundesliqanın cari mövsümündə 25 oyun keçirib, 8 qol vurub və 7 məhsuldar ötürmə edib.
- "Qarabağ"ın potensial rəqibi ilə oyunlarının vaxtı bəlli olub
- AFFA rəsmisi Avropa Futbol Azarkeşləri təşkilatı tərəfindən keçirilən görüşdə iştirak edib
- “Tottenhem” Postecoğlu və Slotu hədəfə alıb
- Yusif Nəbiyev: "Yığmanın bu durumunda bütün azərbaycanlı futbolçuların günahı var"
- "Neftçi" "Qəbələ"nin yetirməsini transfer edəcək