“Real” prezidentinin Xabi Alonso planı
22.06.2023 - 01:43

“Real” gələcək baş məşqçisini müəyyənləşdirib.
Apasport.az saytı xəbər verir ki, prezident Florentino Peres bu vəzifəyə Xabi Alonsonu gətirmək istəyir.
Hazırda Leverkuzen “Bayer”inə rəhbərlik edən Alonsonun müqaviləsi 2024-cü ilin yayında bitəcək. Karlo Ançelottinin də “Real”la razılaşması eyni zamanda bitdiyi üçün Florentino Peres gələcəyin planlarını qurur. O, 2009-2014-cü illərdə futbolçu kimi Madrid klubunda çıxış edən Xabini baş məşqçi təyin edəcək.
Qeyd edək ki, “Bayer” Xabi Alonsonun rəhbərliyi ilə Almaniya Bundesliqasında 6-cı yeri tutub.
0
0