“Real”dan Azar qərarı
16.12.2022 - 14:19

“Real” futbolçusu Eden Azarla bağlı qərarını verib.
Apasport.az saytının məlumatına görə, İspaniya klubu qış transfer pəncərəsində belçikalı ilə vidalaşmaq istəyir.
Azar isə mövsümün sonunadək Madrid nəhəngində qalmaq fikrindədir. “Real” rəhbərliyi DÇ-2022-dən sonra futbolçu ilə bağlı təkliflər alacağını gözləsə də, Belçika yığması və Edenin mundialdakı çıxışı uğursuz olub.
Azarın xidmətində MLS klubları maraqlıdır. Lakin futbolçu İspaniyanı tərk etmək barədə qərar verməyib.
0
0