“Real”dan gedir
26.06.2022 - 10:53

“Real”ın daha bir futbolçusu İspaniya klubunu tərk edir.
Apasport.az saytının məlumatına görə, Mariano Dias “Kral klubu”ndan ayrılmağa qərar verib.
28 yaşlı hücumçu klub rəhbərliyini də bu barədə məlumatlandırıb. “Lion”dan qayıtdıqdan sonra 4 mövsüm keçirən Dias oyun praktikasının azlığından narazıdır.
Qeyd edək ki, Mariano 4 ildə şans qazandığı 59 matçda 7 qol vurub.
0
0