“Real”ın futbolçusu İtaliya klubunda
26.08.2024 - 12:13

İtaliyanın “Komo” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Apasport.az xəbər verir ki, A Seriya təmsilçisi “Real”dan Niko Pası transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Komo” Niko üçün 6 milyon avro ödəyəcək.
20 yaşlı futbolçu ötən mövsümdə “Real”da 8 oyunda 1 qol vurub.
Qeyd edək ki, “Komo”ya sabiq futbolçu Sesk Fabreqas rəhbərlik edir.
0
0