"Real"ın müdafiəçisi "Atalanta" ilə oyunu buraxacaq
08.12.2024 - 13:50

"Real Madrid"in sol müdafiəçisi Ferland Mendi Çempionlar Liqasının "Atalanta" ilə qarşıdakı matçında komandasına kömək etməyəcək.
Apasport.az xəbər verir ki, fransız futbolçu "Los Blancos"un "Jirona" ilə matçının (3:0) 81-ci dəqiqəsində əvəzlənib.
Fabrizio Romanonun sözlərinə görə, 29 yaşlı futbolçu əzələsindən zədə alıb və Çempionlar Liqasının “Atalanta” ilə oyununa kimi sağala bilməyəcək.
Qeyd edək ki, sözügedən görüş dekabrın 11-i Berqamoda baş tutacaq.
0
0