Ris Ceyms yenidən zədələndi
21.11.2024 - 18:25

"Çelsi"nin heyətində ciddi itki baş verib.
Apasport.az xəbər verir ki, Ris Ceyms yenidən sıradan çıxıb.
Bunu komandanın baş məşqçisi Enzo Mareska açıqlayıb. Sağ cinah müdafiəçisi noyabrın 23-də "Lester Siti" ilə keçiriləcək Premyer Liqa matçında "zadəganlar" kömək edə bilməyəcək.
Qeyd edək ki, Ris Ceyms bu mövsüm "Çelsi"nin heyətində 4 matçda meydana çıxıb.
0
0